Ön səhifə -ə. səlami
Yol Üstündə Ağac
Susmaz Mahnı
Çin Şeirləri
Yapon Şeirləri
Parçalar
Ximenez
Qızıldərililər
Ulu Mahnı
Öldürməyin...
Else Lasker **yeni**
əlaqə
Kitabı üstünə basmaqla aça bilərsiniz (.pdf)
Kitabı üstünə basmaqla aça bilərsiniz (.pdf)

 

ADINI

 

 

Adını axar sular verdilər

Durmadan axsın dedilər!

 

Adını günəbaxanlar verdilər

Günəşlə olsun dedilər!

 

Adını ağaclar verdilər

Fəsillərlə nəfəs alsın dedilər!

 

Adını çiçəklər verdilər

Öz qoxusu olsun dedilər!

 

Adını gecələr verdilər

Qaranlıqlarına dalsın dedilər!

 

Adını göylər verdilər

Sonsuzlara açılsın dedilər!

 

Adını yağışlar verdilər

Yaşıllıq daşısın dedilər!

 

Adını ölmüş sevənlər verdilər

Bizi də yaşasın dedilər!

                                                                           

                                                                           

 

 

 

 

 

Azerbaidjan poems and literature

Azerbaijan, Azərbaycan şer və ədəbiyat