SƏHƏR MAHNISI
Söyləyirəm:
Bu aydın, bu qızıl səhərdə
Yenə durmuşam sizinlə üz-üzə,
Uğurlayın məni
ey təpələr!
Oxuya bilirəm ürəyimcə,
Çünki mənimdir bu zaman.
Və bu yalçın qırmızı qayalar
bu axar təpələr
bu səslənən yellər
Dəyişən şəklidir yalnız
Heç zaman bitməyən bir duanın.
- Luci Tapahonso, Navajo -